Xəbərlər

Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri açıqlanıb

03-09-2024

3 sentyabr 2024-cü il, Bakı: Mərkəzi Bank tərəfindən 2024-cü ilin II rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsini əhatə edir.

 

Sorğu nəticələrinə əsasən 2024-cü ilin II rübündə biznes və istehlak portfelləri üzrə bankların kreditləşmə siyasətində və biznes kreditlərinə tələbdə dəyişiklik baş verməyib. Eyni dövrdə istehlak kreditlərinə tələbdə isə artım müşahidə edilib. Sorğuya əsasən banklar 2024-cü ilin III rübündə biznes və istehlak kreditlərinin standartlarında, eləcə də istehlak kreditlərinə tələbdə dəyişikliyin olmayacağı, biznes kreditlərinə tələbdə artımın baş verəcəyi qənaətindədirlər.

 

Qeyd edək ki, sektorun kredit siyasətindəki dəyişikliklər Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır və müvafiq prudensial siyasət müəyyən edilir.

 

2024-cü ilin II rübü üzrə kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri