Xəbərlər

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçiriləcək

06-09-2024

10 sentyabr 2024-cü il tarixində saat 11.00-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçiriləcək.

 

İclasda işçi qrupunda təmsil olunan aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupun fəaliyyəti çərçivəsində 2024-cü ilin 1-ci yarımilliyi üzrə  görülmüş işlər və qarşıdakı dövr ərzində atılmalı olan addımlar barədə müzakirələr aparılacaq.

 

Keçiriləcək iclasda işçi qrupunun 2024-cü il üzrə təsdiq edilmiş fəaliyyət planı istiqamətində dövlət qurumlarının məsul olduqları əsas indikatorları çərçivəsində çıxışların edilməsi gözlənilir.