Xəbərlər

Mərkəzi Bankda investisiya şirkətlərinin nümayəndələri üçün təlim keçirilib

17-09-2024

17 sentyabr 2024-cü il, Bakı: Mərkəzi Bank ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən investisiya şirkətlərinin nümayəndələri üçün təlim keçirilib. Təlim çərçivəsində “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar” əhatə olunub. Sözügedən qaydaların praktiki məqamları ilə bağlı xüsusi təqdimat nümayiş etdirilib və bu istiqamət üzrə suallar cavablandırılıb.

Dİgər xəbərlər

21-11-2024