Xəbərlər

Aktuari şəhadətnaməsi almaq üçün keçiriləcək imtahanlar barədə elan

23-09-2024

“Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 3.4-cü və 5.9-cu bəndlərinə müvafiq olaraq aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün “Ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı”, “Qeyri-həyat sığortası riyaziyyatı”, “Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər” və “Həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri” mövzuları üzrə aşağıda qeyd edilən tarixlərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında imtahanlar keçiriləcəkdir.

İmtahanlarda iştirak etmək istəyən şəxslər qanunvericiliklə tələb olunan sənədləri imtahan tarixinə ən azı 30 gün qalmış Mərkəzi Banka təqdim etməlidirlər.

 

Aktuari şəhadətnaməsi almaq üçün keçiriləcək imtahanların

      QRAFİKİ

 

Mövzunun adı

Attestasiya tarixi

Saat

1

Ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı

23.10.2024

10:00

14:00

2

Qeyri-həyat sığortası riyaziyyatı

06.11.2024

10:00

14:00

3

Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər

27.11.2024

10:00

14:00

4

Həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri

11.12.2024

10:00

14:00