Xəbərlər
Mərkəzi Bankın 2024-cü ilin I yarımili üzrə Maliyyə sabitliyi hesabatı yayımlanıb
26-09-2024
26 sentyabr 2024-cü il, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı kommunikasiya kanalları vasitəsilə cəmiyyətdə doğru iqtisadi gözləntilərin formalaşdırılması istiqamətində məlumatlılığın artırılmasını hədəfləyir. İldə iki dəfə Maliyyə sabitliyi hesabatının geniş auditoriyaya təqdim olunması bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biridir.
Hesabatda qlobal iqtisadi şərait, yerli maliyyə institutlarının fəaliyyət göstərdiyi makroiqtisadi mühit təhlil olunub, bank sisteminin vəziyyəti, riskləri və kənar şoklara qarşı dayanıqlılığı qiymətləndirilib. Həmçinin bank olmayan kredit təşkilatları, sığorta sistemi və kapital bazarları ilə bağlı təhlillər öz əksini tapıb.
Maliyyə sabitliyi hesabatı ən uyğun beynəlxalq təcrübələr nəzərə alınmaqla dövri əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində elektron versiyada yerləşdirilir.
2024-cü ilin I yarımilinin nəticələri üzrə Maliyyə sabitliyi hesabatını aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür:
Dİgər xəbərlər