Xəbərlər
Mərkəzi Bankın sədri Qazaxıstan nümayəndə heyətini qəbul etdi
30-09-2024
30 sentyabr 2024-cü il, Bakı: Qazaxıstan Milli Bankının sədri Timur Süleymenovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Səfər çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Qazaxıstan nümayəndə heyətini qəbul edib. Görüşdə hər iki ölkənin mərkəzi bankları arasında mövcud əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilərək, son dövrlərdə müşahidə olunan davamlı inkişaf tempi yüksək qiymətləndirilib. Görüş zamanı mövcud makroiqtisadi vəziyyət, həyata keçirilən pul-kredit siyasəti, ödəniş sistemləri, müasir maliyyə texnologiyaları və digər sahələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, ötən il Azərbaycan Mərkəzi Bankı ilə Qazaxıstan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, həmçinin ikitərəfli səfərlərin təşkili nəzərdə tutulub.
Dİgər xəbərlər