Xəbərlər

Təkliflərin cəlb edilməsi barədə elan

18-10-2024

  1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Məlumatların analiz edilməsi və vizuallaşdırılması üçün lisenziyaların (Microsoft Power BI) satın alınmasına dair kotirovka sorğusu keçirir.
  2. Təkliflərin açılma proseduru 05 noyabr 2024-cü il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
  3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 38,48 (otuz səkkiz manat 48 qəpik) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə açıq tenderin şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır. 

  1. Kotirovka sorğusunda iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 05 noyabr 2024-cü il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
  2. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
  3. Malların çatdırılması: 15 (on beş) iş günü müddətində.
  4. Qiymətləndirmə meyarı: qiymət amili.
  5. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Kotirovka sorğusu  üzrə əlaqələndirici şəxs:   

Şəhriyar Azər oğlu İmanov

Vəzifəsi: Böyük mütəxəssis

Shahriyar_Imanov@cbar.az

 

Satınalmalar komissiyası

Dİgər xəbərlər

21-11-2024