Xəbərlər

COP29 konfransı ilə əlaqədar olaraq qeyri-iş günü olan 17 noyabr 2024-cü il tarixində bankların, milli poçt operatorun və valyuta mübadiləsi məntəqələrinin fəaliyyəti ilə bağlı

16-11-2024

16 noyabr 2024-cü il, Bakı: COP29 konfransının gündəliyinə əsasən 17 noyabr istirahət günündə tədbir iştirakçılarının zəruri maliyyə xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə Bakı şəhərinin mərkəzində və bir sıra regionlarda 18 bankın 84 xidmət nöqtəsi (o cümlədən, 5 bank üzrə 9 xidmət nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, eləcə də valyuta mübadiləsinə lisenziya almış valyuta mübadiləsi məntəqələri müştərilərə xidmət göstərəcək.  

 

Həmçinin qeyd olunan tarixdə Mərkəzi Bankın 966 Qaynar xətti vətəndaşlara 09:00 – 17:00 saatları (13:00 – 14:00 fasilə) ərzində xidmət göstərməyə davam edəcək.

 

17 noyabr tarixində xidmət göstərəcək maliyyə institutlarının iş qrafiki ilə bağlı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:

Banklar

"Azәrpoçt" MMC

Valyuta mübadilə məntəqələri