Xəbərlər

Sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat

26-12-2024

26.12.2024-cü il, Bakı – Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 107.1.1-ci maddəsinə əsasən könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 dekabr 2024-cü il tarixli Qərarı ilə siyahıda adı qeyd edilən 1 (bir) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziya ləğv edilib.

 

Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin həmin tarixli Qərarı ilə Qanunun 107.1.3-cü maddəsinə əsasən 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, siyahıda adı qeyd edilən 1 (bir) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziya ləğv edilib. 

 

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci və 107.1.3-cü maddələrinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin

SİYAHISI

 

Sığorta agentinin adı

Lisenziyanın

tarixi

Lisenziyanın nömrəsi

Ləğvin hüquqi əsası

1

Əliyeva Nərgiz Şirin qızı

28.11.2023

SA-0304

“Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.1-ci maddə

2

Seyfullayeva Qızqayıt Canbaba qızı

18.02.2010

000328

“Sığorta fəaliyyəti haqqında” AR Qanunu, 107.1.3-cü maddə

 

Dİgər xəbərlər

05-06-2025

03-06-2025