Xəbərlər

Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə assosiasiyalar nəzdində işçi qrupları yaradılıb

30-01-2025

30 yanvar 2025-ci il, Bakı: Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə assosiasiyalar nəzdində işçi qrupları yaradılıb. Beləliklə də, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası nəzdində fəaliyyət göstərəcək işçi qrupları  istehlakçı hüquqlarının qorunması çərçivəsində səmərəliliyin artırılmasına, pozulmuş hüquqların bərpa edilməsinə, o cümlədən mübahisələrin operativ və effektiv surətdə həll edilməsinə töhfə verəcək.

 

Cari ilin yanvar ayının 27-də işçi qruplarının, o cümlədən assosiasiya nümayəndələrinin iştirakı ilə onlayn qaydada görüş keçirilib. Görüş çərçivəsində Mərkəzi Bank tərəfindən nəzarət subyektlərinə ünvanlanmış vətəndaş müraciətlərinin mahiyyəti üzrə cavablandırılması zamanı qanunvericiliyin tələblərinə əməl olunması, işçi qruplarının effektiv fəaliyyəti, bu istiqamətdə görülmüş və cari ildə görüləcək işlər barədə məsələlər diqqətə çatdırılıb.

 

Görüşdə həmçinin maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi istiqamətində görülən işlərlə bağlı təkliflər səsləndirilib və mövzu ətrafında müzakirələr aparılıb.