Xəbərlər

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçiriləcəkdir

13-02-2025

14 fevral 2025-ci il tarixində saat 16:00-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçiriləcəkdir.

 

İclasda işçi qrupunda təmsil olunan aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrupun fəaliyyəti çərçivəsində 2024-cü il üzrə görülmüş işlərin müzakirəsi və qarşıdakı dövr ərzində atılmalı olan addımlar barədə müzakirələr aparılacaqdır.

 

Keçiriləcək iclasda işçi qrupunun 2024-cü il üzrə təsdiq edilmiş fəaliyyət planı istiqamətində dövlət qurumlarının məsul olduqları əsas indikatorları çərçivəsində çıxışların edilməsi gözlənilir.