Xəbərlər

Mərkəzi Bank tərəfindən “Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi” təsdiqlənib

20-02-2025

20 fevral 2025-ci il, Bakı: Mərkəzi Bank "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində müəyyən edilmiş hədəflərə uyğun təşəbbüslərin həyata keçirilməsini uğurla davam etdirir. Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası 3 layihəsi” çərçivəsində Mərkəzi Bank ilə Dünya Bankı Qrupu tərəfindən birgə hazırlanmış “Nəzarət texnologiyaları üzrə Yol Xəritəsi” təsdiqlənib.

 

Yol Xəritəsi nəzarət texnologiyalarının (“SupTech”) inkişafı üçün strateji çərçivəni müəyyən etməklə 2024-2029-cu illər üzrə Mərkəzi Bank tərəfindən bu istiqamətdə planlaşdırılmış layihə və təşəbbüslər portfelini əhatə edir. Həmçinin sənəd “SupTech”in tətbiqinin potensial töhfələrini də  özündə kompleks şəkildə cəmləyir.

 

“SupTech” risk əsaslı nəzarət məqsədləri üçün texnologiya və dataların istifadəsi ilə bağlı gələcək perspektivləri müəyyən etməyi hədəfləyir. “SupTech” alətlərinin tətbiqi nəzarət proseslərinin səmərəliliyini artırmağa, maliyyə institutlarının hesabatlılığının keyfiyyətini və tənzimləyici tələblərə riayət etmə səviyyəsini yüksəltməyə, nəticədə potensial olaraq maliyyə sisteminin dayanıqlılığını gücləndirməyə xidmət edir. Eyni zamanda “SupTech” Mərkəzi Bankın nəzarət sahəsindəki əsas strateji məqsədi olan risk əsaslı nəzarət yanaşmasının “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”na uyğun surətdə tətbiqinə nail olmaq üçün əsas dəstəkləyici amil rolunu oynayacaqdır.

 

Yol Xəritəsinin icrası həm də Mərkəzi Bankın "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nda müəyyən edilmiş aşağıdakı hədəflərə nail olunmasına dəstək verəcəkdir:

  • Data əsaslı “SupTech” həllərin tətbiqi ilə nəzarət proseslərinin təkmilləşdirilməsi
  • Nəzarət informasiya sisteminin tətbiqi

 

Yol Xəritəsinin qısa icmalı ilə bu linkdən tanış ola bilərsiniz:

https://uploads.cbar.az/assets/feeb62eb12b5c144caa99818e.pdf

 

Dİgər xəbərlər

05-06-2025

03-06-2025