Xəbərlər
Təkliflərin cəlb edilməsi barədə elan
26-02-2025
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Maliyyə və iqtisadi məzmunlu sənədlər üzrə yazılı tərcümə xidmətinin satın alınması üzrə kotirovka sorğusu keçirir.
2. Təkliflərin açılma prosedura 13 mart 2025-ci il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kotirovka sorğusu mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndiriləcək.
4. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 10 (on) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə kotirovka sorğusunun şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
5. Kotirovka sorğusunda iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 13 mart 2025-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
6. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
7. Xidmətin göstərilməsi müddəti: satınalma müqavilə imzalandığı tarixdən 1 (bir) il müddətində Satınalan təşkilatın sifarişləri əsasında.
8. Qiymətləndirmə meyarı: qiymət amili.
9. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs:
Əhmədli Günay Əlihüseyn qızı
Satınalma mütəxəssisi
Gunay_Ahmadli@cbar.az
Satınalmalar komissiyası
Dİgər xəbərlər
03-06-2025
Bildiriş