Xəbərlər

Təkliflərin cəlb edilməsi barədə elan

26-02-2025

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (Bakı şəhəri, R.Behbudov küçəsi 90) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Kartriclərin açıq tender metodu ilə satın alınmasını keçirir.

2. Təkliflərin açılma proseduru 19 mart 2025-ci il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.

3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 78,31 (yetmiş səkkiz manat 31 qəpik) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə müsabiqənin əsas şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı yalnız satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.

4. Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 19 mart 2025-ci il saat 17:00-a qədər Portal vasitəsi ilə təqdim etməlidirlər.

5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

6. Malların təqdim edilməsi müddəti: satınalma müqaviləsinin imzalandığı tarixdən etibarən 45 (qırx beş) iş günü müddətində.

7. Qiymətləndirmə meyarı: qiymət amili.

8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Açıq tender üzrə əlaqələndirici şəxs:

Şəhriyar Azər oğlu İmanov

Satınalma mütəxəssisi

Shahriyar_Imanov@cbar.az

Satınalmalar komissiyası