Xəbərlər

Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə

11-03-2025

2025-ci il; Bakı – 27 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankında aktuari şəhadətnaməsi almaq üçün “Sığorta qanunvericiliyi və sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlar” mövzusu üzrə attestasiya keçirilmişdir.

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 1 nəfər (siyahı əlavə  olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 5.5-ci bəndinə əsasən attestasiyada iştirak edən şəxs müvafiq mövzu üzrə 60 balı topladıqda attestasiyadan keçmiş hesab olunur.

 

Attestasiyanın nəticələrinə dair məlumat

                                                                            (aktuarilər)

№

Soyad, ad, ata adı

Topladığı bal

1.     

Salihova Sudabə Qismət qızı

58 bal

2.     

Sadıqov Elvin Vüqar oğlu

80 bal