Xəbərlər

Təkliflərin cəlb edilməsi barədə elan

04-04-2025

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Müxtəlif tədbirlərlə bağlı gül və əklillərin satın alınması üzrə kotirovka sorğusu keçirir.

2. Təkliflərin açılma proseduru 21 aprel 2025-ci il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.

3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kotirovka sorğusu mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndiriləcək.

4. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 45,12 (qırx beş manat 12 qəpik) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə kotirovka sorğusunun şərtlər toplusunu əldə edə bilərlər.

İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.

5. Kotirovka sorğusunda iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 21 aprel 2025-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

6. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

7. Malların təqdim edilməsi müddəti: satınalma müqaviləsi imzalandığı tarixdən Satınalan təşkilatın sifarişləri əsasında 1 (bir) il müddətində.

8. Qiymətləndirmə meyarı: qiymət amili.

9. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Kotirovka sorğusu üzrə əlaqələndirici şəxs:

Günay Əlihüseyn qızı Əhmədli

Satınalma mütəxəssisi

Gunay_Ahmadli@cbar.az


Satınalmalar komissiyası

Dİgər xəbərlər

05-06-2025

03-06-2025