Xəbərlər
Mərkəzi Bankda media üçün “Makroprudensial siyasət çərçivəsi və kontr-tsiklik kapital buferi” mövzusunda təlim keçirilib
11-04-2025
11 aprel 2025-ci il, Bakı: Mərkəzi Bankın media institutları ilə əməkdaşlığının gücləndirilməsi, eləcə də media nümayəndələrinin maliyyə və mərkəzi bankçılıq sahəsində məlumatlılığının artırılması məqsədilə mütəmadi təlimlərin təşkili davam etdirilir.
Bu təşəbbüs çərçivəsində növbəti təlim “Makroprudensial siyasət çərçivəsi və kontr-tsiklik kapital buferi” mövzusunda təşkil olunub.
İnteraktiv formada keçən təlim zamanı media nümayəndələrinə makroprudensial siyasətin əsasları və prinsipləri, sistem riskləri, makroprudensial siyasətin əsas və aralıq məqsədləri barədə ətraflı məlumat verilib. Həmçinin təlim çərçivəsində cari ildən etibarən banklara tətbiq olunan əlavə kontr-tsiklik kapital buferi tələbi üzrə məlumatlar da əhatə olunub.
Dİgər xəbərlər
05-06-2025
Təkliflərin cəlb edilməsi barədə elan
05-06-2025
Bildiriş
03-06-2025
Bildiriş