Xəbərlər

Mərkəzi Bank tərəfindən banklar üçün yaşıl taksonomiyanın tətbiqi üzrə praktiki təlim keçirilib

18-04-2025

18 aprel 2025-ci il, Bakı: Mərkəzi Bank Dünya Bankı ilə birgə ölkənin kommersiya banklarının nümayəndələri üçün “Azərbaycanda Yaşıl taksonomiyanın tətbiqi” mövzusunda praktiki təlim sessiyaları təşkil edib. Üçgünlük təlim proqramının məqsədi ölkənin bank sektorunda dayanıqlılıq potensialının və taksonomiya prinsiplərinin mənimsənilməsinin artırılmasına, həmçinin bu meyarların biznes proseslərində tətbiq edilməsinə dəstək göstərmək olub.

 

Təlimlər zamanı iştirakçılara milli və beynəlxalq yaşıl taksonomiya çərçivələri, Mərkəzi Bankın “Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi” və onun tətbiqi ilə bağlı mühüm məlumatlar təqdim olunub. Həmçinin təlim çərçivəsində iştirakçılara real maliyyələşdirmə qərarlarında taksonomiya meyarlarının tətbiqi yollarını da araşdırma imkanı yaradılıb.

 

“Azərbaycanda Yaşıl taksonomiyanın tətbiqi” təlimi mühüm məlumatlandırıcı platforma kimi çıxış edərək Mərkəzi Bank tərəfindən sektorun dayanıqlılıq sahəsində texniki potensialının artırılması istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən birinə çevrilib.

Dİgər xəbərlər

05-06-2025

03-06-2025