Xəbərlər

Təkliflərin cəlb edilməsi barədə elan

21-04-2025

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Ölkəxarici poçt göndərişləri xidmətinin satın alınması dair açıq tender keçirir.
 
2. Təkliflərin açılma proseduru 13 may 2025-ci il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
 
3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq, müəyyən edilmiş 10 (on) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə açıq tenderin şərtlər toplusunu əldə edə bilərlər.
 
İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.  
 
4. Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 13 may 2025-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
 
5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
 
6. Xidmətlərin göstərilməsi müddəti: Satınalan təşkilatın tələbata uyğun sifarişləri əsasında 1 (bir) il müddətində. 
 
7. Qiymətləndirmə meyarı: qiymət amili. 
 
8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
 
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
 
Açıq tender üzrə əlaqələndirici şəxs:   
 
Günay Əlihüseyn qızı Əhmədli
 
Satınalma mütəxəssisi
 
Gunay_Ahmadli@cbar.az
 
Satınalmalar komissiyası
 

Dİgər xəbərlər

05-06-2025

03-06-2025