Xəbərlər
Təkliflərin cəlb edilməsi barədə elan
18-07-2025
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (Bakı şəhəri, R.Behbudov küçəsi 90) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Şifrələrin idarəetmə sisteminin dəstəklənməsinin açıq tender metodu ilə satın alınmasını keçirir.
2. Təkliflərin açılma proseduru 11 avqust 2025-ci il tarixində saat 18:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq, müəyyən edilmiş 90,94 (doxsan manat 94 qəpik) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə müsabiqənin əsas şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı yalnız satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
4. Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 11 avqust 2025-ci il saat 18:00-a qədər Portal vasitəsi ilə təqdim etməlidirlər.
5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
6. Xidmətlər təqdim edilməsi müddəti: satınalma müqaviləsi imzalandığı tarixdən 45 (qırx beş) iş günü müddətində.
7. Qiymətləndirmə meyarı: qiymət amili.
8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Əlaqələndirici şəxs: Abdulla Cabir oğlu Böyükkişiyev
Vəzifəsi: Böyük mütəxəssis
Elektron poçt ünvanı: Abdulla_Boyukkishiyev@cbar.az
Satınalmalar komissiyası