Xəbərlər

Təkliflərin cəlb edilməsi barədə elan

28-07-2025

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (Bakı şəhəri, R.Behbudov küçəsi 90) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, İllik işçi sorğusunun keçirilməsi xidmətinin açıq tender metodu ilə satın alınmasını keçirir.

2. Təkliflərin açılma proseduru 19 avqust 2025-ci il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.

3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq, müəyyən edilmiş 87,08 (səksən yeddi manat səkkiz qəpik) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə müsabiqənin əsas şərtlər toplusunu
əldə edə bilərlər.

İştirak haqqı yalnız satınalmanın ləğv edildiyi və həmin satınalma predmeti üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.

4. Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 19 avqust 2025-ci il saat 17:00-a qədər Portal vasitəsi ilə təqdim etməlidirlər.

5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.

6. Xidmətin təqdim edilməsi müddəti: Müqavilə bağlandıqdan sonra Satınalan təşkilat tərəfindən təyin edilən tarixdən edibarən maksimum 1 (bir) ay ərzində sorğunun keçirilməsi və bitdikdən sonra 10 (on) təqdim günü ərzində hesabat və
tədbirlər planının təqdim edilməsi.

7. Qiymətləndirmə meyarı: qiymət amili.

8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.

Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.

Əlaqələndirici şəxs: Abdulla Cabir oğlu Böyükkişiyev

Vəzifəsi: Böyük mütəxəssis

Elektron poçt ünvanı: Abdulla_Boyukkishiyev@cbar.az

Satınalmalar komissiyası