Xəbərlər

Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə

09-09-2025

2025-ci il; Bakı – 29 avqust 2025-ci il tarixində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiya keçirilmişdir.

 

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 5 nəfər (siyahı əlavə  olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

 

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, habelə fiziki şəxs sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

 

Attestasiyanın nəticələrinə dair məlumat

                                                                       (sığorta vasitəçiləri)

 

 

Soyad, ad, ata adı

Topladığı bal

1.     

 Aslanov Vüsal Astan oğlu

64 bal

2.     

 Cəfərov Cəfər Vidadi oğlu

72 bal

3.     

 Cəfərli Kəmalə Mir Kamal qızı

-

4.     

 İsgəndərov Rahim Tofiq oğlu

81 bal

5.     

 Quliyeva Ülviyyə Elman qızı

43 bal

6.     

 Məmmədov Rasim Fazil oğlu

75 bal

7.     

 Şirinli Orxan Valeh oğlu

63 bal

8.     

Ağacanova Nəzrin Ziyafət qızı

63 bal

9.     

Alışova Asimə Zeynal qızı

44 bal

10.   

Cabbarov Mədət Mehdi oğlu

71 bal

11.   

Musayev Orxan Seymur oğlu

71 bal