Xəbərlər
Təkliflərin cəlb edilməsi barədə elan
06-11-2025
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mərkəzi Bankın inzibatı binasında girişə nəzarət sisteminin quraşdırılması və bina idarəetmə sisteminə inteqrasiyası xidmətinin satın alınmasına dair açıq tender keçirir.
2. Təkliflərin açılma proseduru 9 dekabr 2025-ci il tarixində saat 17:00-da dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) (bundan sonra – Portal) keçiriləcək.
3. Maraqlı təchizatçılar satınalmada iştirak etmək üçün qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş 1.000, 00 (bir min) manat məbləğində iştirak haqqını Portal vasitəsilə ödəməklə açıq tenderin şərtlər toplusunu əldə edə bilərlər.
İştirak haqqı satınalmanın ləğv edildiyi və həmin satınalma predmetləri üzrə təkrar satınalma keçirilmədiyi təqdirdə təchizatçıların müraciətinə əsasən geri qaytarılır.
4. Açıq tenderdə iştirak etmək üçün təchizatçılar təkliflərini tələb olunan sənədləri əlavə edərək 9 dekabr 2025-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.
5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
6. Xidmətin icra müddəti: 5 (beş) ay müddətində.
7. Qiymətləndirmə meyarı: qiymət amili.
8. Təchizatçılar tərəfindən satınalma ilə bağlı bütün sorğular və onlara dair izahatlar yalnız Portal vasitəsilə verilir.
Satınalma prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini Portal vasitəsilə müşahidə edə bilər.
Açıq tender üzrə əlaqələndirici şəxs:
Könül Zakir qızı Əliyeva
Vəzifəsi: Aparıcı mütəxəssis
Konul_Aliyeva@cbar.az