Xəbərlər

Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə

18-11-2025

2025-ci il; Bakı – 17 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankında aktuari şəhadətnaməsi almaq üçün “Sığorta qanunvericiliyi və sığorta sektoru üzrə Mərkəzi Banka təqdim edilən hesabatlar” mövzusu üzrə attestasiya keçirilmişdir.

Şükürova Rəvanə Vahab qızı 62 bal toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurmuşdur.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 5.5-ci bəndinə əsasən attestasiyada iştirak edən şəxs müvafiq mövzu üzrə 60 balı topladıqda attestasiyadan keçmiş hesab olunur.