Xəbərlər

Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə

26-01-2026

2026-cı il; Bakı – 22 yanvar 2026-cı il tarixində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında attestasiya keçirilmişdir.

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 2 nəfər (siyahı əlavə  olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, habelə fiziki şəxs sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

 

Attestasiyanın nəticələrinə dair məlumat

                                                                       (sığorta vasitəçiləri)

 

Soyad, ad, ata adı

Topladığı bal

1.     

 Cəfərli Eyvaz Yasin oğlu

78 bal

2.     

 Əlişov Ağasəlim Mehman oğlu

55 bal

3.     

 Önder Sevinc Sultan qızı

75 bal

4.     

 Seyidov Ramin Əmirxan oğlu

43 bal

5.     

 Şirinova Xəyalə Abuzər qızı

50 bal