Xəbərlər

Mərkəzi Bankda maliyyə lizinqi xidmətləri göstərən şəxslərin və lombardların nümayəndələri üçün ƏL/TMM qanunvericiliyinin tətbiqinə dair təlim keçirilib

01-04-2026

1 aprel 2026-cı il, Bakı: Mərkəzi Bank tərəfindən maliyyə lizinqi xidmətləri göstərən şəxslərin və lombardların nümayəndələri üçün cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə qanunvericiliyin tətbiqinə dair təlim keçirilib.

 

Təlimdə ƏL/TMM qanunvericiliyi üzrə daxili nəzarət proqramının təşkili, müştəri uyğunluğu tədbirlərinin həyata keçirilməsi və şübhəli əməliyyatların müəyyən edilməsi kimi məsələlər əhatə olunmuş, eləcə də iştirakçıların sualları cavablandırılıb.