Xəbərlər

Mərkəzi Bank tərəfindən “Paysis” MMC-nin elektron pul təşkilatı lisenziyası ləğv edilib

02-06-2026

02 iyun 2026-cı il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 01 iyun 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən “Paysis” Məhdud Məsuliyyətli Cəmiyyətinə 11 iyul 2024-cü il tarixli EPT-007 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya ləğv edilib.