Xəbərlər
Mərkəzi Bank media nümayəndələri üçün növbəti məlumatlandırma sessiyası təşkil edib
14-09-2026
14 sentyabr 2026-cı il, Bakı: Mərkəzi Bank media nümayəndələrinin mərkəzi bankçılıq və maliyyə sektorunun gündəmində olan aktual mövzular üzrə məlumatlılığının artırılmasına yönəlmiş təşəbbüslərini davam etdirir.
Bu istiqamətdə növbəti məlumatlandırma sessiyası Şamaxı şəhərində “Bank olmayan kredit təşkilatları: tənzimləmə və cari vəziyyət” mövzusunda təşkil olunub.
Təlim zamanı bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə sektorunda rolu, fəaliyyətinin tənzimlənməsi və nəzarət çərçivəsi, eləcə də son dövrdə bu bazarda baş verən dəyişikliklər barədə media nümayəndələrinə ətraflı məlumat verilib. Bundan əlavə, BOKT sektorunun cari inkişaf istiqamətləri və tənzimləmə yanaşmalarının təkmilləşdirilməsi, eləcə də maliyyə icarəsi ilə bağlı əsas məqamlar iştirakçıların diqqətinə çatdırılıb.
Sessiya çərçivəsində sektorda məsuliyyətli kreditləşmə prinsiplərinin təşviqi, istehlakçıların hüquqlarının qorunması və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat təqdim olunub.
İnteraktiv müzakirələrlə davam edən tədbirdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Maliyyə sektoruna dair ictimai məlumatlılığın artırılmasında medianın mühüm rolunu nəzərə alaraq, media nümayəndələri üçün aktual mövzular üzrə məlumatlandırma və maarifləndirmə təşəbbüslərini Mərkəzi Bank tərəfindən bundan sonra da davam etdiriləcək.