Xəbərlər

Sığorta sahəsində keçirilmiş attestasiyanın nəticələri barədə

06-11-2026

2026-cı il; Bakı – 30 oktyabr 2026-cı il tarixində sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən attestasiya keçirilmişdir.

Nəticələrə əsasən attestasiyada iştirak edən namizədlərdən 2 nəfər (siyahı əlavə  olunur) keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, habelə fiziki şəxs sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

 

Attestasiyanın nəticələrinə dair məlumat

                                                                       (sığorta vasitəçiləri)

 

№

Soyad, ad, ata adı

Topladığı bal

1.     

Cəfərova Səbinə Azər qızı

69 bal

2.     

Əlişov Ağasəlim Mehman oğlu

65 bal

3.     

Mikayılov Orxan İlqar oğlu

77 bal

4.     

Rzayeva Məlahət Ülvi qızı

72 bal