Xəbərlər
Mərkəzi Bankın təşəbbüsü ilə "Öyrən, qənaət et və qazan" adlı yay məktəbi keçirilmişdir
25-07-2017
25 iyul 2017, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə maarifləndirməsi istiqamətində 10-12 yaşlı uşaqlar üçün bir həftəlik “Öyrən, qənaət et və qazan” adlı yay məktəbi keçirmişdir. Yay məktəbinin əsas məqsədi uşaqları pulun tarixi, pul nişanları, büdcə anlayışı və şəxsi büdcənin hazırlanması, qənaət və israf, yığım və biznes planlarının qurulması mövzuları üzrə əyləncəli formada maarifləndirmək olmuşdur. Mövzuların uşaqlara lazımi səviyyədə aşılanması məqsədilə sessiyalar maarifləndirici oyunlar və əyani vəsaitlərlə dəstəklənərək interaktiv şəkildə aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Sessiyaların sonunda sual-cavab formatlı müsabiqə və yarışlar həyata keçirilmişdir.
Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü, Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, Azərbaycan Banklar Assosiasiyası və Bakı Sığortanın dəstəyi ilə baş tutmuş yay məktəbində iştirakçılar “İçərişəhər” Dövlət Tarixi-memarlıq Qoruğundakı qədim pul ekspozisiyasında və Azercell şirkətinin “Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzində də olmuşlar. Uşaqlar burada gənc sahibkarlarla görüşmüş, onların innovasiya və sahibkarlıq barədə sualları cavablandırılmışdır.
Yay məktəbi ərzində iştirakçılar çay fasilələri və naharla təmin olunmuş, sonda təlim materialları, müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırılmışlar. Qeyd edək ki, artıq ənənə halını almış maliyyə marifləndirilməsi istiqamətli yay məktəbləri layihəsinin davamlı olması nəzərdə tutulmuşdur.
Dİgər xəbərlər
01-10-2026
Mərkəzi Bakın məlumatı