Xəbərlər

Bildiriş

19-04-2019

Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında quraşdırılmış yanğınsöndürmə qurğularına, sistem və avadanlıqlarına texniki xidmətin və odadavamlı məhlulun alınaraq vurulması işlərinin satın alınması (lot 1), Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında istismar olunan isitmə-soyutma-havalandırma, su-kanal sistem və avadanlıqlarına texniki xidmətin və müvafiq sahəyə uyğun zəruri avadanlıq, iş və mal-materialların satın alınması (lot 2), Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və regional ərazi idarələrinin inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki, habelə kabellərin izolyasiya müqavimətinin ölçülməsi və ildırım ötürücülərin yoxlanılması xidmətlərinin və elektrik mallarının və məişət avadanlıqlarının satın alınması (lot 3), Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən əsas inzibati binasında 550 kVA-lıq generator qurğusunun təchizatı və quraşdırılması işlərinin satın alınması (lot 4) və Azərbaycan Respublikasının Mərkəzi Bankına məxsus nəqliyyat vasitələrinə texniki xidmətin satın alınması (lot 5) ilə əlaqədar elan edilmiş açıq tender üzrə Tender Komissiyasının 05 aprel  2019-cu il tarixli qərarı ilə lot 1, lot 2 və lot 3-də nəzərədə tutulan xidmətlər üzrə "Yanğından Qorunma Sistemləri" MMC,  lot 3-də nəzərədə tutulan  malların satın alınması üzrə “BLG” MMC, lot 4 üzrə “ESTET” MMC və lot 5 üzrə “İnter Kontinental” firması və “Şərq Motors” MMC qalib elan edilmişdir. Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

 

Tender komissiyası